16 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təməli 2011-ci ildə qoyulmuş Karbamid zavodunun açılış mərasimi olmuşdur. Sumqayıt şəhərində yerləşən zavodun layihələndirilməsi və tikintisi Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən ammonyak istehsalı üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Hollandiyanın “Stamicarbon BV” şirkətləri tərəfindən həyata keçirilib.