Stellent.az

UBOC

14 Mart 2024

Seysmik kəşfiyyat işlərinin analizinə əsasən “Ümid-Babək” dəniz bloku vahid blok təşkil edir. Bunu əsas götürərək, 02 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında Risk Xidmət Sazişi hazırlanmışdır. Azərbaycan Respublikasının 2 may 2017-ci il tarixli 656-VQ nömrəli Qanunu ilə “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” SOCAR ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişi və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babek Exploration and Production” şirkəti arasında Müqavilə təsdiq edilərək, onların həyata keçirilməsinə icazə verilmişdir. Bununla da “SOCAR ÜMİD” MMC-nin fəaliyyətinə xitam verilmişdir.

Posted in Layihələr
-->