Stellent.az

SOCAR Metanol Zavodu

14 Mart 2024

Bakının Qaradağ rayonunda yerləşən Metanol zavodu 2013-cü ildə istifadəyə verilib və ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsal müəssisəsi olub. Zavodun tikintisində Britaniyanın “ICI” şirkətinin aşağı təzyiqli metanol istehsalı texnologiyasından istifadə olunub. Zavod 2016-cı ilin noyabrında SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən təhvil verilib və 2018-ci ilin oktyabr ayından SOCAR-ın strukturuna daxil edilib.

Zavodun istehsal prosesinə xammal-qaz qarışığının hazırlanması, yüksək təzyiqli buxar istehsalı, xammalın buxar riformasiyası, riforminq qazı əsasında metanolun sintezi, xam metanolun zənginləşdirilməsi daxildir.

Posted in Layihələr
-->