Stellent.az

Balakhani Operating Company

13 Mart 2024

“Balaxanı-Sabunçu-Ramana” yatağı 01.01.2012-ci il tarixindən “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur. Qeyd edək ki, 2010-cu ilin iyun ayında Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında “Azərbaycan Respublikasının Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Saziş bağlanıb. “Balaxanı-Sabunçu-Ramana” yataqlar bloku bir-birinə sıx yerləşdiyinə görə, hər zaman bir yataq kimi qeydə alınıb. Hazırda isə “Balaxanı”, “Sabunçu” və “Kürdəxanı” yataqları, eləcə də “Ramana” yatağının kiçik bir hissəsi Balaxanı Əməliyyat Şirkətinin, “Ramana” yatağının qalan hissəsi isə Azgerneft MMC-nin kontrakt ərazisidir.

Posted in Layihələr
-->