Vakansiyalar

İnsan Resursları siyasətimiz müəssisə qarşısında duran strateji məqsədlərə çatmaqdan ötrü, dəyərlərini qəbul edən, peşəkar bir komanda yaradaraq, qarşılıqlı maraqlar balansını düzgün seçməklə, bu məqsədlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Biz işçilərin təşəbbüskarlıq, komandada işləmək bacarığı, öz üzərində daim çalışmaq kimi keyfiyyətlərinə qiymət verir və inkişaf etdiririk. Belə keyfiyyətlərə malik olan əməkdaşlarımız üçün professional və karyera inkişafı üçün gözəl imkanlar mövcuddur. Şirkətimizin imici ilk növbədə personaldan, o cümlədən idarəetmədən, onun peşəkarlığı və işə münasibətindən asılıdır. Buna görə də əməkdaşların professional və şəxsi keyfiyyətlərinə, onların inkişafına, həmçinin korporativ mədəniyyət normalarına riayət edilməsinə xüsusi diqqət yetiririk.

Şirkətimizdə işçi-rəhbər münasibətləri interaktivdir. Rəhbərlik əməkdaşlara dəyər verdiyi kimi, əməkdaşlar da öz növbəsində müəssisənin maraqlarını özlərinə doğma sayırlar. Biz inanırıq ki, peşəkarlardan ibarət olan heyətimiz qarşısında duran məqsədlərə çatmağa qadirdir.

İşlə bağlı müraciət üçün:
— İddia etdiyiniz pozisiyanın adını mövzu yerinə qeyd edin ;
— Tərcümeyi-halınızı (CV) qoşmaya əlavə edin ;
— Mətn hissəsində xüsusi qeydiniz varsa əlavə edərək hr@stellent.az e-mail ünvanına göndərin.